Bu müəllimlərin maaşı artır – Nazir açıqladı

XƏBƏR XƏTTİ
Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•

“Sertifikatlaşdırma prosesinin yekun nəticələrini təxminən bir-iki həftə ərzində ictimaiyyətə təqdim edəcəyik”.

Mecra.az xəbər verir ki, bunu APA-ya müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.“Amma artıq ümumi mənzərə formalaşıb. Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10 faiz, bir qisminin maaşı isə 35 faiz artırılır, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, iyunun 17-si müəllimlərin sertifikasiya imtahanına başlanılıb. İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt