Cəlilabadda Respublika Fənn Müsabiqəsinin finalçıları ilə görüş keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•

Bu gün Cəlilabad şəhər Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun müdiri İlkin Zeynalov Respublika Fənn Müsabiqəsinin (RFM) final mərhələsinə vəsiqə qazanmış şagirdlərlə, onların müəllimləri və valideynləri ilə görüşüb.

Mecra.az xəbər verir ki, görüş zamanı şagirdlərin əldə etdikləri bu uğurun əhəmiyyəti barədə geniş söhbət edərək, gələcək hədəflər barədə səmimi fikir mübadiləsi aparılıb. Şagirdlərin qazandıqları uğurda böyük zəhməti olan müəllimlərin əməyi xüsusi ilə vurğulanıb.

Eyni zamanda, ötən ilki müsabiqənin qalibi Zəhra Süleymanlı yoldaşları ilə bu yolda qazandığı təcrübəsini bölüşərək, hazırlıq prosesləri və uğur qazanmağın üsulları barədə danışıb. Keçirilən görüş şagirdlər üçün olduqca motivasiyaedici və faydalı olub.

Əlavə olaraq qeyd edirik ki, ötən tədris ilində rayonumuzu Respublika Fənn Müsabiqəsəinin final mərhələsində altı nəfər şagird təmsil edib, bu il isə təmsilçilərimizin sayı səkkiz nəfərdir. Şagirdlərimizin hər birinə finalda uğurlar arzulayırıq!

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt