Rafiq Cəlilov şəhid valideynlərinin əkdiyi çiyələk sahələrində onlarla görüşdü – FOTOLAR

XƏBƏR XƏTTİ
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ərazisində şəhid ailələrinin əkdiyi çiyələk sahələrinə baş çəkib, onların fəaliyyəti ilə yaxından maraqlanıb.

Mecra.az xəbər verir ki, o, sahədə aparılan işlər və məhsul gözləntiləri barədə ətraflı məlumat alıb. Rayon rəhbəri şəhid valideynləri ilə səmimi söhbət edib, onların qarşılaşdığı problemləri, ehtiyaclarını və təkliflərini dinləyib. Rafiq Cəlilov bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, şəhid ailələrinin məşğulluğunun təmin olunması, onların özünüməşğulluq proqramlarına cəlb edilməsi və gəlir əldə etmək imkanlarının yaradılması rayon rəhbərliyinin prioritet istiqamətlərindəndir.

Rayon rəhbəri şəhid ailələrinə daim dövlət tərəfindən göstərilən diqqət və qayğının olduğunu qeyd edərək, onların hər birinin yanında olmaq, problemlərini həll etmək və onlara dəstək olmaq bizim borcumuzdur deyə bildirib. Həmçinin şəhid ailələri ilə görüşlərin davam etdiriləcəyi və onların hər bir probleminin həlli üçün köməklik ediləcəyi vurğulanıb.

Şəhid valideynləri isə öz növbəsində göstərilən diqqətə və dəstəyə görə cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, belə sahibkarlıq fəaliyyəti həm ailə büdcəsinə dəstək olur, həm də onlara mənəvi məmnunluq verir.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt