“El Pizza” bağlandı

XƏBƏR XƏTTİ
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən “El Pizza” restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Mecra.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən restoranın mətbəxində yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq təbii qaz təsərrüfatından istifadə edilir;

– obyektdə standarta uyğun olmayan odun sobalarından istifadə olunur;

– obyektdə mövcud olan odsöndürən balonlar döşəmə səviyyəsindən 1.5 metr hündürlükdə yerləşdirilməyib;

– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

– ⁠obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən “El Pizza” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. (Qafqazinfo).

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt