Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO

XƏBƏR XƏTTİ
Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Hava dəyişəcək – Xəbərlərdarlıq•Prezident və ailə üzvləri sərgi ilə tanış oldu – FOTOLAR•Sabiq deputatın şirkətinə cinayət işi açıldı – 5 milyonluq obyekti söküblər•Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu•Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi – FOTOLAR•Repetitorluğu dəbə salan reallıqlar: Şagirdlər məktəbdən niyə uzaqlaşırlar?•Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Hava dəyişəcək – Xəbərlərdarlıq•Prezident və ailə üzvləri sərgi ilə tanış oldu – FOTOLAR•Sabiq deputatın şirkətinə cinayət işi açıldı – 5 milyonluq obyekti söküblər•Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu•Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi – FOTOLAR•Repetitorluğu dəbə salan reallıqlar: Şagirdlər məktəbdən niyə uzaqlaşırlar?•

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.

Mecra.az xəbər verir ki, bununla bağlı “Azərbaycan müəllimi” məlumat yayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir:

“Günay Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib”.

İdarədən bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirilib.

Qeyd edək ki, G.Məmmədova məktəb direktorunun otağına daxil olaraq canlı yayım açmış və müxtəlif iddialar səsləndirmişdi.

 Müəllim direktoru canlı yayımda rüsvay etdi - VİDEO

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt