Cəlilabadda kommunal təsərrüfatın maddi-texniki bazası gücləndirilir – FOTOLAR

XƏBƏR XƏTTİ
PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üzrə – Qəbul cədvəli•İcra başçısı Məşədilər sakinləri ilə görüşdü – FOTOLAR•Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Hava dəyişəcək – Xəbərlərdarlıq•Prezident və ailə üzvləri sərgi ilə tanış oldu – FOTOLAR•Sabiq deputatın şirkətinə cinayət işi açıldı – 5 milyonluq obyekti söküblər•Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu•PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üzrə – Qəbul cədvəli•İcra başçısı Məşədilər sakinləri ilə görüşdü – FOTOLAR•Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Hava dəyişəcək – Xəbərlərdarlıq•Prezident və ailə üzvləri sərgi ilə tanış oldu – FOTOLAR•Sabiq deputatın şirkətinə cinayət işi açıldı – 5 milyonluq obyekti söküblər•Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu•

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ətraf mühitin mühafizəsi, abadlıq və kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Mecra.az xəbər verir ki, bu tədbirlərin davamı olaraq, Cəlilabad rayonunda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və ərazilərin sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələr Kombinatının balansına hər birinin tutumu 1100 litr olan 80 ədəd yeni məişət tullantısı konteyneri verilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni konteynerlərə baxış keçirib, onların təyinatı üzrə istifadəsi və təmizlik işlərinin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.Konteynerlərin əsasən əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Görülən işlər rayon ərazisində təmizliyin qorunmasına və sanitar vəziyyətin daha da yaxşılaşdırılmasına xidmət edir.

Şəkilin açıqlaması yoxdur.

Şəkilin açıqlaması yoxdur.

Bir mətn şəkili ola bilər

Bir xidməti nəqliyyat vasitəsi şəkili ola bilər

 

Şəkilin açıqlaması yoxdur.

Bir mətn şəkili ola bilər

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt