Sabiq deputatın şirkətinə cinayət işi açıldı – 5 milyonluq obyekti söküblər

XƏBƏR XƏTTİ
PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üzrə – Qəbul cədvəli•İcra başçısı Məşədilər sakinləri ilə görüşdü – FOTOLAR•Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Hava dəyişəcək – Xəbərlərdarlıq•Prezident və ailə üzvləri sərgi ilə tanış oldu – FOTOLAR•Sabiq deputatın şirkətinə cinayət işi açıldı – 5 milyonluq obyekti söküblər•Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu•PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üzrə – Qəbul cədvəli•İcra başçısı Məşədilər sakinləri ilə görüşdü – FOTOLAR•Salyanda olay: Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü – Yenilənib•28 oktyabrda bizi nə gözləyir? – Ulduz falı•Hava dəyişəcək – Xəbərlərdarlıq•Prezident və ailə üzvləri sərgi ilə tanış oldu – FOTOLAR•Sabiq deputatın şirkətinə cinayət işi açıldı – 5 milyonluq obyekti söküblər•Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu•

Sabiq deputat Əsabil Qasımova məxsus olan “Azər-Tikinti” MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb.

Mecra.az xəbər verir ki, şirkətin Bakı şəhər Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manata yaxın qiymətləndirilən özəl mülkiyyəti özbaşına sökdüyü bildirilib. Bu səbəbdən Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanılmış işin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.

İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb.

Bildirilib ki, sökülən binanın zirzəmisində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində Bakıdakı səfirliklərin tədbirlər təşkil etdiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” yerləşib.

Əmlakın qiyməti 4 milyon 810 min manat dəyərləndirilib.

Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub. (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt