Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Sisian rayonunun Şəki kəndində saxlanılan azərbaycanlı əsgər Nəsimi Musayevlə bağlı insidentdən danışıb. Nazir insident zamanı polis əməkdaşının hadisə yerinə gec çatması ilə bağlı məlumatları təkzib edib.
Mecra.az xəbər verir ki, Sarkisyan oktyabrın 26-da Ermənistan parlamentində jurnalistlərlə söhbətində bu məsələyə münasibət bildirib.
O, polisə daxil olan zəngdən cəmi 10 dəqiqə sonra əməkdaşın hadisə yerində olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, polis əməkdaşı hadisə barədə məlumat verən Ani Avetisyandan xeyli uzaqda olub.
A.Sarkisyanın sözlərinə görə, hazırda iş üzrə yeni hallar yoxdur. İstintaq hərəkətləri başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-də Azərbaycan vətəndaşı, hərbçi Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Sisian icmasının Şəki yaşayış məntəqəsində, 6-cı küçə, 20 nömrəli evə qanunsuz daxil olub və aşkar edildikdən sonra odlu silahdan atəş açıb.
Şəki yaşayış məntəqəsində baş vermiş insidentlə bağlı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. (Modern.az).