Vətən müharibəsi qazisi, baş-leytenant Ağaxan Ağayev ikinci övladı Cabbar Ağayevi hərbi xidmətə yola salıb və o, Milli Orduda xidmətə başlayıb.
Mecra.az xəbər verir ki, Ağaxan Ağayevin böyük oğlu Qadir Ağayev də hazırda əsgərlikdədir və o, Hərbi Hava Qüvvələrində xidmət edir. O, bildirib ki, hər iki övladı magistr təhsili alıb.
Ağaxan Ağayev uzun illərdir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon Təhsil sektorunun aparıcı məsləhətçi vəzifəsində çalışır.
Qeyd edək ki, Ağayev Ağaxan Çapar oğlu 2 aprel 1976-cı ildə Cəlilabad rayonunun Abazallı kəndində anadan olmuşdur.1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində riyaziyyat ixtisası üzrə bakalavr təhsili almışdır. Daha sonra 2011–2013-cü illərdə Lənkəran Dövlət Universitetində Riyazi analiz ixtisası üzrə magistr təhsilini başa vurmuş və magistr dərəcəsinə yiyələnmişdir.
Əmək fəaliyyətinə 1998-ci ildə başlamış, 1998–2002-ci illərdə doğma kəndində ixtisası üzrə müəllim kimi çalışmışdır. Müəllimlik fəaliyyəti dövründə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı, həmçinin tədris işləri üzrə direktor müavini vəzifələrini icra etmişdir.2003-cü ildə Astara Pedaqoji Texnikumunun Cəlilabad şöbəsində “Riyaziyyatın tədrisi metodikası” fənnindən dərs demişdir. 2004-cü ildə Cəlilabad Rayon Təhsil Şöbəsinə fizika-riyaziyyat fənləri üzrə metodist təyin olunmuşdur. 2014-cü ildə həmin şöbədə aparıcı məsləhətçi vəzifəsinə təyin olunub və hazırda 2-ci dərəcəli dövlət qulluqçusudur.
2020-ci ildə zabit kimi Vətən müharibəsində iştirak etmişdir. Döyüşlər zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Baş leytenant” hərbi rütbəsi ilə təltif edilmişdir. 2021-2023- cü illərdə Cəlilabad rayonu Təhsil Şöbəsinin müdir səlahiyyətlərini icra etmişdir. 2023-cü ildə təhsilin inkişafındakı səmərəli fəaliyyətinə görə Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəxri fərmanı ilə təltif edilmişdir.Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə Təhsil Sektorunda aparıcı məsləhətçi vəzifəsində fəaliyyətini davam etdirir.
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.Ailəlidir, 1 qızı, 2 oğlu var.
Övladlarının hər üçü ali təhsillidir.
Vasif ƏLİHÜSEYN
