“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi

XƏBƏR XƏTTİ
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Xalidə Gözəl vəfat etdi•Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi – VİDEO•Əhmədlidəki kütləvi davanın iştirakçıları hakim qarşısında•Bakıda yağış yağacaq – Sabahın havası•Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək•“Ceyhun Sabunçu”nu qətlə yetirənlər haqda qərar verildi•Xalidə Gözəl vəfat etdi•Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi – VİDEO•Əhmədlidəki kütləvi davanın iştirakçıları hakim qarşısında•Bakıda yağış yağacaq – Sabahın havası•Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi indilərdə qərar elan edib.

Kütləvi dava ilə bağlı bir neçə nəfər təqsirləndiriləm şəxs qismində cəlb edilib. Onlardan qətli birbaşa törədən MMA idmanı üzrə dünya çempionu Elmar Cəfərov və “Sabunçu Emin”ə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda davada iştirak edən digərləri – deputat Arzuxan Əlizadənin “Yeraz Əhməd” kimi tanınan oğlu Əhməd Əlizadə və digərləri barəsində təqdimatlara baxılır.

Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada “Ceyhun Sabunçu” kimi tanınan Ceyhun qətlə yetirilib.

Qətli törədib qaçanlar qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyatçıları tərəfindən saxlanılıblar.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt