Bu rayonlara qar yağır

XƏBƏR XƏTTİ
Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•Bu rayonlara qar yağır•Prezident Tokayevi təbrik etdi•Salyanda evə ildırım düşdü – VİDEO•Xəzər dayazlaşıb – Adalar materikə birləşib•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•Azərbaycanda universitet müəllim vəfat etdi•Tanınmış şair vəfat etdi – FOTO•Bu rayonlara qar yağır•Prezident Tokayevi təbrik etdi•Salyanda evə ildırım düşdü – VİDEO•Xəzər dayazlaşıb – Adalar materikə birləşib•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Mecra.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məkumat yayıb.

Bildirilib ki, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir.

Bakıda və Abşeron yarımadasında 9 mm-dək yağıntı qeydə alınır.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Neftçalada 48 (aylıq normanın 106 %-i), Biləsuvarda 21 (aylıq normanın 46 %-i), Mingəçevirdə 20 (aylıq normanın 49 %-i), Lerikdə 15, Lənkəranda 11, Qobustan, Astara, Daşkəsəndə 6, Salyanda 5, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax, İmişlidə 4 mm-dək qeydə alınır.

Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağması müşahidə olunub.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax (Sarıbaş), Şəki, Xızı, Qrız, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt