Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.
Qeyd edək ki, Elmarla birgə “Sabunçu Emin” də hadisə yerindən qaçıb gizlənmişdi.
Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.
Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
Fotoda Elmar Cəfərov

Fotoda “Sabunçu Emin”
.jpeg)