Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO

XƏBƏR XƏTTİ
Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?- SİYAHI•Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? – Araşdırma•Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•Fəzail İbrahimli Göytəpə şəhərində seçicilərlə vətəndaş qəbulu keçirib – FOTOLAR•Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi – FOTO•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?- SİYAHI•Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? – Araşdırma•Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•Fəzail İbrahimli Göytəpə şəhərində seçicilərlə vətəndaş qəbulu keçirib – FOTOLAR•Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi – FOTO•

Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, ərazidə bir neçə ağac kəsilib və onların yerində ticarət köşkü yerləşdirilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı ərazidə 8 ağacın qanunsuz kəsildiyi və nəticədə təbiətə 5 100 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Qurumdan bildirilib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilmək məqsədilə hazırlanır.

Eyni zamanda, ağacların kəsildiyi ərazidə metal köşkün yerləşdirildiyi müəyyən olunub. Köşkün götürülməsi və ərazidə yeni ağacların əkilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

Bildirilib ki, köşk götürüldükdən sonra ərazidə yeni ağaclar əkiləcək və onların üzərinə identifikasiya lövhələri vurulacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt