Fəzail İbrahimli Göytəpə şəhərində seçicilərlə vətəndaş qəbulu keçirib – FOTOLAR

XƏBƏR XƏTTİ
Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?- SİYAHI•Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? – Araşdırma•Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•Fəzail İbrahimli Göytəpə şəhərində seçicilərlə vətəndaş qəbulu keçirib – FOTOLAR•Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi – FOTO•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Azərbaycanlı tələbələr ən çox hansı ölkələrdə oxuyur?- SİYAHI•Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? – Araşdırma•Öldürülən Ceyhun Əhmədlə dost olub – Oğluna görə… – Dəhşətli DETALLAR BİLİNDİ•Sumqayıtda ağaclar kəsildi, yerində obyekt tikildi: Nazirlik hərəkətə keçdi – VİDEO•Cəlilabadda sertifikatlaşdırma mövzusunda görüş keçirildi – FOTOLAR•Fəzail İbrahimli Göytəpə şəhərində seçicilərlə vətəndaş qəbulu keçirib – FOTOLAR•Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi – FOTO•

Milli Məclisin deputatı professor Fəzail İbrahimli 24 oktyabr 2026-cı il tarixində Cəlilabad rayonu Göytəpə şəhərində seçicilərlə görüş və qəbul keçirib.

Görüş və qəbuldan əvvəl millət vəkili Göytəpə şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda olub, Ulu Öndərin abidəsini ziyarət edib və abidənin önünə tər gül dəstələri qoyub.

Daha sonra Fəzail İbrahimli Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mirzəbər oğlu Mürsəlovun büstünü və İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Arif oğlu Abdullayevin ev-muzeyini ziyarət edib, şəhidin ailə üzvləri ilə görüşüb. Millət vəkili hər iki qəhrəmanın xatirəsini ehtiramla yad edərək onların büstü önünə gül dəstələri qoyub.

Daha sonra Fəzail İbrahimli görüş və qəbulun keçirildiyi, yeni istifadəyə verilmiş Cəlilabad rayon Göytəpə şəhər Vasif Hüseynov adına 2 saylı tam orta məktəbə gəlib. Millət vəkili məktəbin həyətində məktəbin adını daşıyan şəhid Vasif Hüseynovun, eləcə də 2 saylı tam orta məktəbin şəhid məzunlarının xatirəsinə yaradılmış guşəni görüşə və qəbula gələn seçicilərlə birlikdə ziyarət edib, guşənin önünə gül dəstələri qoyub.

Məktəbin akt zalında Göytəpə şəhər seçiciləri ilə görüşən millət vəkili onların qaldırdıqları müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıb və onları maraqlandıran sualları cavablandırıb. Müzakirə olunan məsələlərlə bağlı seçicilərə müvafiq hüquqi məsləhətlər verilib.

Görüşdən sonra seçici qəbulu keçirilib. Qəbul zamanı seçicilərin müraciətləri dinlənilib və qeydə alınıb. Seçicilər onları narahat edən sosial problemlər və müxtəlif sahələrə aid məsələlərlə bağlı müraciətlərini millət vəkilinin diqqətinə çatdırıblar.

Fəzail İbrahimli seçicilərin müraciətlərini diqqətlə dinləyərək qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq addımların atılacağını bildirib. Araşdırılması tələb olunan müraciətlərlə bağlı aidiyyəti qurumlarla əlaqələndirmə işinin aparılması nəzərdə tutulub.

Millət vəkili seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin, onların müraciətlərinə həssaslıqla yanaşılmasının və seçiciləri narahat edən məsələlərin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Seçicilərlə görüş və qəbulda Cəlilabad rayon icra hakimiyyəti başçısının Göytəpə şəhəri üzrə nümayəndəsi Elnur Əmirov iştirak edib.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt