Cəlilabad rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin iştirakı ilə sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirildi.
Mecra.az xəbər verir ki, görüş zamanı iştirakçılara sertifikatlaşdırma prosesinin hüquqi və metodiki əsasları izah edilib. İştirakçılara Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması Qaydası” və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanmış qiymətləndirmə çərçivəsi sənədi haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşün əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sertifikatlaşdırma mərhələsinə daha mütəşəkkil və hazırlıqlı şəkildə iştirak etmələrini təmin etməkdən ibarətdir.Sertifikatlaşdırmada iştirak edəcək tərbiyəçi-müəllimlərə uğurlar arzulayırıq!




