Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alarkən igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Xüsusi Təyinatlı gizir Qarazadə Nicat Malik oğlunun doğum günündə iştirak edib.
Mecra.az xəbər verir ki, icra başçısı həmçinin 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Elimdar Səfərovun anası Aminə xanımla da görüşüb.
A.Fərzəliyev söhbət zamanı şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Nicat Qarazadə şəhid Elimdar Səfərovun dayısı oğludur.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN



