Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…

XƏBƏR XƏTTİ
Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Təkəri partlayan yük maşını aşdı, qoyunlar yola töküldü – VİDEO•“El Pizza” bağlandı•Onlar Tofiqin tikdiyi evə köçdülər – Vasif Əlihüseyn yazır…•Azərbaycan kərə yağını xaricdən neçəyə alır?•Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – FOTO•Ermənistan DİN rəhbəri Nəsimi Musayevdən danışdı•DTX sabiq vəzifəli şəxsi həbs etdi – FOTO•

Vətən müharibəsindən sonra bir çox şəhid ailələri ilə yaxından tanış oldum. Bir çox şəhid qardaşı və valideynləri ilə bu münasibət ailə dostluğuna çevrildi.

Onlardan biri də Cəlilabadın Göytəpə şəhərində doğulub boya-başa çatan Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin ailəsidir. Tofiq haqqında yazı yazmağa gedəndə onun dəfnindən bir neçə gün sonra anası Hümay xanım da bu ağrıya dözməyərək dünyasını dəyişmişdi. Atası Şəməsddin dayı ilə oturub geniş söhbət etdik. Şəmsəddin dayı onda mənə çox dəhşətli şeylər danışdı:

“Tofiqi evləndirmək istəyirdik, hər dəfə anası ona qız tapırdı, amma müxtəlif bəhanələrlə evlənməkdən imtina edirdi. Mən artıq bilirdim o, niyə evlənmir. Tofiq hər şeyi yaxşı bilirdi. Mən onun yaralı komandiriylə görüşdüm. Məlum oldu ki, Tofiq Cəbrayılın Minək kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Səngərdə susuz qalan əsgər yoldaşlarına 500 metr uzaqdan təhlükəli olsa da, su gətirib. Bu haqda komandiri mənə danışdı. Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını doldurarkən ikisinin arasına mərmi düşüb. Hərbçi yoldaşı yaralansa da, Tofiq şəhid olub. Tofiq həm də yaralı hərbçi yoldaşının övladının kirvəsidir. Onlar dost idilər”.

Şəhid atası deyir ki, o, Tofiqin şəhid olduğunu yuxuda görübmüş:

“Mən artıq gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da nəsə bilsin. Yuxuda gördüm ki, evimizə hücum ediblər, amma silah aşağı mərtəbədədir. Anasını yuxudan oyadırdım ki, silahın yerini desin, çünki düşmən yaxınlaşırdı. Elə oldu ki, oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi. Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn etdik. Tofiq həmişə deyirdi ki, “şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə”. Amma elə belə də oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi”.“Tofiq ev tikmək istəyirdi və ona görə qəsəbədə 10 sot torpaq aldı. Amma elə oldu ki, əmisinin darısqal evdə yaşadığını görüb buna dözmədi və torpağın 4 sotunu ona verdi. Amma evini tikə bilmədi. Mən ancaq onun arzusunda olduğu evi o torpaqda tikəcəm”.

Şəhid atası həyat yoldaşının qəfil dünyasını dəyişməsinə də məəttəl qaldıqlarını deyir:

“Anası mənə təsəlli verirdi, özü də ağlamırdı. Amma sən demə, bu dərdi içindən çəkirmiş. Bir dəfə qəfildən halı pisləşdi, həkimə apardıqdan sonra özünə gəldi. Amma ikinci dəfə oktyabrın 26-da onu həkimlərin müdaxiləsinə baxmayaraq həyata qaytara bilmədik. Elə onu da Tofiqin məzarı yanında dəfn etdik. Daha sonra eşitdim ki, anası namaz qılanda deyirmiş ki, “Allah, özümü öldürə bilmirəm, günahdır, sən özün məni öldür”. Bu gecə anası yuxuma girmişdi deyirdi ki, “nə var burda, gəl gedək şəhərə”. Həmişə deyirdi ki, “Tofiq ev tikəcək, mən də onunla qalacam”, elə də oldu, Tofiq ev tikdi, anası da onun yanına getdi”.

“Tofiq ev tikmək istəyirdi və ona görə torpaq aldı, amma…” –     Şəhidin atası — foto 1

Şəmsəddin dayı bu sözləri mənə danışanda artıq dözə bilmədi, ağladı. Bu yazını sayta qoymaq üçün redaktoruma göndərəndə o da oxuyub ağlamışdı. Mən deyirdim ki, Şəmsəddin dayıdan möhkəm adam yoxdu, amma sən demə hər şeyi içindən çəkirmiş, övladını və ardıyca da xanımını itirməsi onun da ağır xəstəliyə tutulmasına səbəb oldu. Xəbər çıxdı ki, Şəmsəddin dayı xərçəng xəstəliyinə tutulub. Bakıda müalicə olunduğu vaxtı bir dəfə telefonla danışdıq. Xırıltılı səslə dedi ki, “Vasif, bala necəsən?”. Amma öz vəziyyətinin necə olduğunu artıq yaxşı bilirdi. Elə oldu ki, aprelin 9-da vəfat etdi, oğlu və xanımının yanında dəfn edildi. İndi bilirəm ki, gec də olsa o, xanımının sözünü yerə salmadı və Tofiqin tikdiyi evə köçdü.

Cəlilabadda şəhid atası vəfat etdi - FOTO

Şəhidin qardaşı Nicat ixtisasca müəllimdi, atası Şəmsəddin dayı da müəllim idi. Rayona gedəndə gedib Nicat müəllimlə görüşdüm və bu dəfə qarşıma Şəmsəddin dayı çıxmadı. Nicat deyir ki, atam öz otağına çəkilib ancaq tək qalırdı. Bəlkə elə bu təklik ona çox ağır gəldi.

Bəlkə bu təklikdənsə ən yaxşı yer elə övladının və xanımının yanıdı, nə bilim. Ən yaxşısını Allah bilir…

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt