Prezidentə Fəxri doktor adı verildi

XƏBƏR XƏTTİ
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – FOTOLAR•“Sabunçu Emin” və Elmar haqda da qərar verildi – Yenilənib•27 oktyabrda bizi nələr gözləyir? -ULDUZ FALI•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – FOTOLAR•“Sabunçu Emin” və Elmar haqda da qərar verildi – Yenilənib•27 oktyabrda bizi nələr gözləyir? -ULDUZ FALI•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•

Prezident İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.

Mecra.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru Elm və Təhsil Nazirliyində olub. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Ukraynanın Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti ilə Elm və Təhsil Nazirliyində görüş keçirilib.

Görüş zamanı universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib.

Rektor qeyd edib ki, dövlət başçısı Azərbaycanda müasir təhsilin, elmin və şəhərsalma sahəsinin inkişafına verdiyi töhfələrə, eyni zamanda Ukrayna–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə bu yüksək adla təltif olunub. Rektor Oleksiy Dniprov tərəfindən Fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib.

Görüş çərçivəsində həmçinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, iki ölkə arasında təhsil sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt