“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş

XƏBƏR XƏTTİ
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – FOTOLAR•“Sabunçu Emin” və Elmar haqda da qərar verildi – Yenilənib•27 oktyabrda bizi nələr gözləyir? -ULDUZ FALI•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – FOTOLAR•“Sabunçu Emin” və Elmar haqda da qərar verildi – Yenilənib•27 oktyabrda bizi nələr gözləyir? -ULDUZ FALI•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•

Bakıda kütləvi dava zamanı “Ceyhun Sabunçu” ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.

Mecra.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Emin Qoşqar oğlu Rəhimov və 1993-cü il təvəllüdlü Elmar Şücaət oğlu Cəfərovdur.

Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər DTX-nın keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. (Oxu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt