Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi

XƏBƏR XƏTTİ
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – FOTOLAR•“Sabunçu Emin” və Elmar haqda da qərar verildi – Yenilənib•27 oktyabrda bizi nələr gözləyir? -ULDUZ FALI•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi•“Ceyhun Sabunçu”nun qətlinə görə həbs edilənlərin daxil olduğu şəbəkə hədə-qorxu ilə pul tələb edirmiş•Baş nazirdən siyahıyaalma işçilərinin maaşları ilə bağlı qərar•Şagirdlərə ayrılan illik məbləğlər açıqlandı – Yeni qərar•Prezident Dünya Turizm Təşkilatının Baş katibini qəbul etdi – FOTOLAR•“Sabunçu Emin” və Elmar haqda da qərar verildi – Yenilənib•27 oktyabrda bizi nələr gözləyir? -ULDUZ FALI•Bu 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirildi•

Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib.

Mecra.az ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib.

Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarın 1-də Masallı rayonunun Ərkivan kəndində anadan olub.

O, Moskva şəhərində Beynəlxalq Münasibətlər İnstitutunun Jurnalistika fakültəsində ali təhsil alıb.

Peşəkar fəaliyyətinə jurnalist kimi başlayan T.Yəhyayev “İTAR-TASS” Analitik-İnformasiya Agentliyində müxbir vəzifəsindən direktor vəzifəsinədək yüksəlib. O, jurnalistika sahəsində qazandığı təcrübə ilə yanaşı, siyasi və ictimai fəaliyyəti ilə də tanınıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 4 noyabr 1991-ci ildə T.Yəhyayev Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

1992-ci il iyunun 2-də, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə, həmin vaxt Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri İsa Qəmbərin sərəncamı ilə vəzifəsindən azad olunub.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra, 8 noyabr 1993-cü ildə T.Yəhyayev ikinci dəfə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 30 iyul 2000-ci ilədək bu vəzifədə çalışıb.

T.Yəhyayev siyasət və islahatlar mövzusunda bir neçə kitabın müəllifi olub. Üç xarici dildə sərbəst danışdığı bildirilən mərhum dövlət idarəçiliyi, jurnalistika və biznes sahələrindəki fəaliyyəti ilə yadda qalıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən ayrıldıqdan sonra Rusiya Federasiyasında biznes sahəsində çalışıb.

Onun atası Heydər Yəhyayev polkovnik-leytenant rütbəli hərbçi olub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt