Biləsuvarda mağazadan saxtalaşdırılmış alkoqollu içki aşkarlandı

XƏBƏR XƏTTİ
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•

Biləsuvar rayonu Heydər Əliyev prospektində yerləşən topdan satış obyektində saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkarlanıb.

Mecra.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan Regional Bölməsi tərəfindən sözügedən ünvanda – Nağıyev Samir Nizami oğluna məxsus topdan satış obyektində plandankənar yoxlama vətəndaş müraciəti əsasında aparılıb.

Yoxlama zamanı obyektin anbar hissəsində saxlanılan və ümumilikdə 270 ədəd saxtalaşdırma əlaməti daşıyan alkoqollu içki aşkarlanıb.

Qeyd edək ki, normalara uyğun istehsal edilmiş içkilərin eyni marka adı ilə saxtalaşdırıldığı məlum olub. Aşkar edilən pozuntularla bağlı obyektin məsul şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Həmin məhsullar saxlanca götürülüb, nümunələr isə analiz üçün aidiyyəti laboratoriyaya göndərilib. Analiz nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi davam etdiriləcək.

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirəcəyini bildirir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt