Bağırov körpüsündə son vəziyyət açıqlandı – VİDEO

XƏBƏR XƏTTİ
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•

Gecə saatlarından yağan yağış nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov körpüsünün ərazisində hərəkət çətinləşib. 

Mecra.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, Bağırov tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.

Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Xatırladaq ki, ötən ilin oktyabrında yağan intensiv yağışlar nəticəsində də sözügedən ərazini su basmışdı. Əraziyə rəsmi qurumlar cəlb edilərək baxış keçirmiş, fəsadları aradan qaldırmışdılar.

Sözügedən ərazidən radioaparıcı Rəvan Bağırovun çəkdiyi videonu təqdim edirik:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt