Şəhid atasını aldadıb pulunu oğurladılar – VİDEO

XƏBƏR XƏTTİ
Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Masallıda narazılıq: “Təzəklə ev qızdırırıq” – VİDEO•Eksternat imtahanları üçün sənəd qəbulu başlayır•Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi•

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu oğurlayıblar.

Mecra.az xəbər verir ki, hadisə kənd sakini 85 yaşlı Şamil Məmmədovun başına gəlib.

Şəhid atasının sözlərinə görə, 28-35 yaş aralığında olan iki naməlum şəxs ona məxsus evə gəlib və hədiyyə gətirdiklərini bildiriblər.

Şəxslərdən biri birinci Qarabağ müharibəsi şəhidi Qadir Məmmədovun fotosunu istəyib və kişinin başını qataraq yuxarı mərtəbəyə çıxarıb. İkinci şəxs isə birinci mərtəbədə pulları oğurlayıb.

Ev sahibi oğurluq hadisəsini bilən kimi polisə məlumat verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Ətraflı “Xəzər Xəbər”in süjetini təqdim edirik:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt