Yardımlıda DƏHŞƏT: Məktəbli qıza qarşı cinsi zorakılıq edən 4 nəfər həbs edildi

XƏBƏR XƏTTİ
Prezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə Prezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEOYağış yağacaq – Sabahın havasıÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı – VİDEOHərbçilərin maaş və pensiyaları artırılırDağ-mədən və metallurgiya sənayesi yeni mərhələdə 

Yardımlı rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq əməlləri törətmiş şəxslər məsuliyyətə cəlb edilib.

Mecra.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı polis tərəfindən cinayət işi açılıb və 4 nəfər həbs edilib.

Barəsində cinayət işi açılan şəxslərdən biri yeniyetmə qızın anasıdır. Ona Cinayət Məcəlləsinin 171-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə iş açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran Regional qrupundan sorğumuza cavab olaraq faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt