Azərbaycan-Almaniya əlaqələri yüüksək səviyyədə inkişaf edir

Almaniya Azərbaycanın Avropada vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib. Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfər etmişdir.  Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri Azərbaycan – Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan – Almaniya əlaqələrində yeni mərhələ olacaq.

Cənab İlham Əliyevin Avropa İttifaqı ölkələri ilə, xüsusilə də Avropanın ən inkişaf etmiş ölkəsi olan Almaniya ilə səmimi dostluq münasibətlərinə əsaslanan qarşılıqlı əməkdaşlığı intensivləşdirməsi respublikamızın etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə səbəb olub. Növbəti inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Almaniya münasibətləri son illərdə siyasi-iqtisadi mahiyyət kəsb etməklə yanaşı, humanitar, sosial, elm, təhsil, səhiyyə, idman, turizm, infrastruktur sahələrini əhatə edərək əməkdaşlığın dinamizmini daha da sürətləndirib. Tərəflər arasında sıx təmasların geniş xarakter alması ikitərəfli əlaqələrlə bərabər, Avropa strukturları çərçivəsində əməkdaşlığın miqyasına da öz müsbət təsirini göstərib. Almaniya və Azərbaycan arasında inkişaf edən əlaqələr yalnız iki ölkə üçün deyil, həm də Avropa və Cənubi Qafqaz bölgəsi üçün əhəmiyyətlidir. Bu səfərlə Azərbaycan-Almaniya əlaqələri yeni bir mərhələyə qədəm qoyacaq və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu əməkdaşlıq yalnız iqtisadi və siyasi əlaqələrə deyil, həm də beynəlxalq səviyyədə qlobal təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verəcəkdir.

Əli Kərimov,

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri

 

 

👁 baxış