“Elə bil burada müharibə gedir” – Masazır sakinlərinin kanalizasiya şikayəti – VİDEO

XƏBƏR XƏTTİ
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Pirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Shergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkir•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Pirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLAR•Shergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkir•

Abşeron rayonu, Masazır qəsəbəsində sakinlər heyvan qanının kanalizasiya suyuna qarışaraq küçəyə axdığını iddia edirlər.

Mecra.az xəbər verir ki, sakinlərin bildirdiyinə görə, bu problem yeni deyil.

Onların sözlərinə görə, ət kəsimi və digər fəaliyyətlərlə əlaqəli olan bəzi müəssisələr tullantılarını düzgün idarə etmədiyi üçün qəsəbə sakinləri antisanitar şəraitlə üzləşir.

Sakinlər deyirlər ki, küçələrə yayılan qanlı su təkcə xoşagəlməz görüntü yaratmır, eyni zamanda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Kanalizasiya daşır, nəticədə küçələr keçilməz olur.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemləri İstismarı İdarəsindən bildirib ki, problemin qısa vaxt ərzində aradan qaldırılmasına başlanılacaq. O da qeyd olunub ki, hazırkı xoşagəlməz vəziyyət araşdırılır. Tezliklə ciddi tədbirlər görüləcək.

Ətraflı “Xezerxeber.az”ın videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt