Sabirabad xəstəxanasında körpə öldü

XƏBƏR XƏTTİ
Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.

Mecra.az teleqraf.az-a istinadla xəbər verir ki, hadisə martın 28-də baş verib.

Kürdəmir rayonunun Axtaçı Qarabucaq kənd sakini, 2006-cü il təvəllüdlü Əsədova Xəyalə Natiq qızı Sabirabad xəstəxanasında uşaq dünyaya gətirib.

Məlumata görə, qadını cərrah mama-ginekoloq Mehriban Yunusova qəbul edib və onun səhlənkarlığı nəticəsində körpə ölüb.

Məlumata görə, ilkin müayinə nəticəsində doğuşun gecikdiyi məlum olub. Belə halda isə körpə qeysəriyyə yolu ilə dünyaya gəlməli imiş, ancaq həkim bunu etməyib və qadını təbii doğuşa götürüb.

X.Əsədovanın körpəsi həmin gün ölüb.

Həkim M.Yunusova bunun virus səbəbindən baş verdiyini iddia edib.

Uşağın atası Kamal Malıyev faktı teleqraf.az-a təsdiqləyərək həyat yoldaşının hazırda Sabirabad Mərkəzi Xəstəxanasında müalicə aldığını və şikayətçi olmadığını bildirib: “Mən ərizə yazdım ki, həkimdən heç bir şikayətim yoxdur”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt