25 yaşlı arvadını asmaqda şübhəli bilinən şəxs həbs edildi – FOTO

XƏBƏR XƏTTİ
Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mecra.az APA-ya istinadən xəbər verir ki, Sədərək rayonunda 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində saxlanılan 1992-ci il təvəllüdlü Azər İbrahimli barədə bu gün rayon məhkəməsində 4 aylıq həbs qərarı verilib.

Qeyd edək ki, hadisə Sədərək rayonunun Sədərək kəndində baş verib. Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.

Hazırda faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub və Ağcabədi rayon sakinidir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt