Anasının işgəncə verdiyi Mələklə bağlı yeni FAKTLAR: Qadının sevgilisi də…

XƏBƏR XƏTTİ
25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO

23 yaşlı anası tərəfindən amansızlıqla döyülən, işgəncəyə məruz qalan 3 yaşlı Mələyin sosial şəbəkədə yayılan videoları hər kəsi dərindən sarsıdıb.

 

Körpəyə qəyyumluq edən Cəmilə Nəsirovanın sözlərinə görə, uşağın atası narkotik aludəçisidir.

Bu məlumatı ona Mələyi döydüyü üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan ana Fatimə Ramazanova verib.

Cəmilə Nəsirova bildirib ki, Fatimə Ramazanova övladına işgəncə verərkən tək olmayıb:

“Roma adlı sevgilisi var idi. Fatimənin rəfiqəsi “TikTok”da Mələyə işgəncə verilən videonu paylaşmışdı. Oğlum hesaba daxil olaraq yazıb ki, həmin videonu silin, Mələyin üzü görünür. Ona cavab yazıblar ki, Mələyin qarın, qol nahiyələrinə Roma dağ basıb. Azyaşlını Fatimə ilə yanaşı, Roma da döyürdü”.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, azyaşlının aldığı zərbələr onda psixoloji gərginlik yaradıb, hazırda vəziyyəti kafi qiymətləndirilir:

“Şükürlər olsun ki, Mələyin sınıqlarla bağlı ciddi fəsadları yoxdur. Amma bədənində, üzündə, başında çox ciddi travmalar var, toxumalar zədələnib, açıq yarası var. Tərbiyəçilərin, pedaqoqların nəzarəti onun üzərindədir”.

Ətraflı Baku TV-nin süjetində:

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt