Biləsuvarda icra nümayəndəsinin qardaşı güllə yarasından öldü – Yenilənib

XƏBƏR XƏTTİ
25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO25 sentyabrda bizi nə gözləyir? – Ulduz falıPrezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandıMülkləri ilə gündəm olan məmur istefa verdiİcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLARPrezident icra başçısını vəzifəsindən azad etdiPirallahıda ağacəkmə aksiyası keçirildi – FOTOLARShergi(Sevinc Novruzova) yeni musiqi layihələri ilə diqqət çəkirVətəndaşlarla təhsil sektorunun işçisi arasında insident – VİDEO

Biləsuvar rayon sakininin güllə yarasından ölməsinin bəzi təfərrüatları məlum olub.

Belə ki, İqbal  Bağırov evinin həyətində oğlanlarının mübahisəsinə əsəbiləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman açılan atəş onun ölümünə səbəb olub.

İ. Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış. O, hadisə baş verən kəndin icra nümayəndəsinin qardaşıdır.

Hadisə ilə bağlı TƏBİB-dən açıqlamada bildirilib ki, bu gün saat 20:30 radələrində 1968-ci il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Biləsuvar rayonunda güllə yarası alan kişi ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində olub.

Belə ki, 1968-ci il təvəllüdlü Bağırov İqbal Bəhlul oğlu yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin olaraq olar, onun ov tüfəngindən aldığı güllə yarasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt