Müəllimlərə “hinduşkabaş” deyən direktorla bağlı araşdırma aparılır – RƏSMİ

XƏBƏR XƏTTİ
Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Sabirabadda ağır qəza: Ölən və yaralanan var – TƏFƏRRÜAT•İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə – Yeni mərhələ başlayır•25 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı – Səbəb açıqlandı•Mülkləri ilə gündəm olan məmur istefa verdi•İcra başçısı şəhid ailələrini ziyarət etdi – FOTOLAR•Prezident icra başçısını vəzifəsindən azad etdi•

Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.

Bu barədə Mecra.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən açıqlama verilib.

Martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddiası ilə “Xəzər TV”yə müraciət ediblər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilirlər. “Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”, – deyə müəllimlər bildirib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt