İtkin lənkəranlı balıqçılardan digərinin də meyiti tapıldı – FOTO

XƏBƏR XƏTTİ
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•

Lənkəranda itkin düşən balıqçılardan ikincisinin də meyiti tapılıb.

Mecra.az Cenublu.az-a istinadən xəbər verir ki, bu barədə İranın sosial şəbəkələrində məlumat paylaşılıb.

Belə ki, bir neçə saat öncə Ənzəli limanında balıqçı meyiti tapılması barədə şəkil paylaşılıb. Həmin meyitin Lənkəranda itkin düşmüş hesab edilən balıqçı Mahmud İbayevə məxsus olduğu ehtimal edilir.

M.İbayevin qardaşı Rəşad İbayev şəkildə qardaşının cəsədinin əks olunduğunu təsdiqləyib:

“Mən şəklə baxdıqda, meyitin üzərindəki kombinezon, qara köynək və əlcəklərdən onun qardaşım olduğunu anladım. Dövlətimizdən qardaşımın meyitinin İran tərəfdən təhvil alınması üçün kömək istəyirik. Nə qədər cəsədi orada dəfn etməyiblər, biz təhvil ala bilək ki, özümüz dəfn edək”.

Qeyd edək ki, balıqçılar – Siyavar kənd sakinləri – 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov bu ilin yanvar ayında Xəzərin Lənkəran sularında itkin düşmüşdülər. N.Abbasovun meyiti Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində tapılmışdı.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt