“Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayaraq şəhərlərimizi xarabalığa çevirmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsi zamanı məğlub olan Ermənistan, indiyə qədər bunu həzm edə bilmir. Müharibədən sonra ötən dörd il ərzində isə kommunikasiyaların açılması istiqamətində aparılan danışıqlar prosesinə heç bir müsbət töhfə verməyib.
Mecra.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon Təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov deyib.
Onun sözlərinə görə, Ermənistan imzalanmış öhdəlikləri indiyə qədər yerinə yetirmək istəmir:
“Müharibədə qalib gələn dövlət kimi Azərbaycan Ermənistana qarşı tələblərini irəli sürməkdə haqlıdır. Sülh prosesini bilərəkdən uzatmaq isə Ermənistana böyük fəlakətlər gətirə bilər. Əgər Ermənistan bölgədə sülh olmasını istəyirsə, kommunikasiyaların açılmasında maraqlı olmalı və öhdəliklərdən boyun qaçırmamalıdır. Eyni zamanda, bu istiqamətdə praktiki addımlar atmalıdır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress” xəbər agentliyində Ermənistanla Azərbaycan arasında kommunikasiyalara dair məqaləsində Ermənistanın kommunikasiyaların açılması ilə bağlı birtərəfli qaydada hər hansı bir öhdəlik götürmədiyini, Azərbaycandan fərqli olaraq nəqliyyat kommunikasiya xətlərini açmağa hazır olduqlarını, kommunikasiyaların açılması ilə bağlı Ermənistanın təkliflərinə Azərbaycanın hələ də cavab vermədiyini, Azərbaycanın bu məsələdən bəhanə kimi istifadə edərək gərginlik yaratmaq məqsədi güddüyünü bildirib.
Uğur
👁 baxış
