Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib – Təfərrüat

XƏBƏR XƏTTİ
Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır. 

Mecra.az lent.az-a istinadən xəbər verir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən  şəxslərin yuvasına çevrilib.

Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu  agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil.

Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Dillər Universitetinin rektoru olub. Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.

Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir. 

Sayt öyrənib ki, məsələ ilə bağlı cinayət işi açılması gözlənilir. Məlumata görə,  Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb ediləcəyi istisna olunmur.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt