Rusiya şirkəti AZAL-ın təyyarəsinə görə sığorta ödənişi etdi

XƏBƏR XƏTTİ
Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•

Rusiyanın “АльфаСтрахование” sığorta şirkəti AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aviakasko üzrə sığorta ödənişlərini tam şəkildə həyata keçirib.

Mecra.az xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında sözügedən şirkətin aviasiya və kosmik sığorta üzrə Baş direktorunun müavini İlya Kabaçnik deyib.

Bildirilib ki, şirkət, həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb:

“AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan “Embraer 190” təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti “АльфаСтрахование” şirkətində sığortalanıb. Təyyarə üçün tam həcmdə sığorta məbləği üzrə ödəniş fevral ayında edilib”.

Bununla belə, o, aviakasko üzrə ödənişlərin həcmini açıqlamayıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt