“Payızda karantin tətbiq oluna bilər” – TƏBİB rəsmisindən bədbin proqnoz…

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

“Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar müəyyən karantin tədbirləri tətbiq oluna bilər”.

 Məcra.az xəbər verir ki, bunu ATV kanalına müsahibəsində TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

 

O bildirib ki, əgər xəstəliyə yoluxma sayı ciddi şəkildə artarsa, xəstəxanaya yerləşdirilənlərin də sayı arta bilər: “Biz üzü payıza doğru gedirik. Havaların soyuması başlayacaq. Ola bilər ki, yoluxma sayının həddən artıq artması stasionara yerləşdirilən xəstələrin həddindən artıq artmasına səbəb olsun. Bu da bizim səhiyyə sistemini yükləyəcək. Ona görə də müəyyən karantin tədbirləri də həyata keçirilə bilər”.

Mütəxəssis 18 yaşına çatmış bütün şəxslərə vaksinasiya prosesindən kənarda qalmamağı məsləhət görüb: “Şərtlərə müəyyən qədər əməl etməliyik. Sıxlıq olan yerlərdə lüzumsuz təmaslardan çəkinmək, maskalardan istifadə etmək lazımdır”.

Qeyd edək ki, son həftələr koronavirusa yoluxma sayında sürətli artım müşahidə olunur. Ölkədə yeni yoluxma sayı 500 nəfərə çatıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt