“TikTok”da hərbçi adından paylaşım edən qadının işi məhkəməyə göndərildi-FOTO

XƏBƏR XƏTTİ
Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•Türkiyədə iki maşında 8 cəsəd tapıldı•Bu şəxslər 3600 manat maaş alacaq•Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib•“Bu etimadı bundan sonra da vicdanlı əməyimlə doğrultmağa çalışacağam”•Övladlığa götürülən şəxslərə də “məcburi köçkün” statusu veriləcək•Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək•Məcburi köçkün statusunun verilməsində yeni qayda•DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirildi – VİDEO•

Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Məcra.az-a bildirilib ki, özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.

 

Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib.

 

R.B-nın evində olan hərbi təyinatlı geyim dəstləri aşkar olunaraq götürülüb.

 

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt