Azərbaycanda psixoloqların şok qiymətləri – SİYAHI

Azərbaycanda bu gün psixoloq müayinəsi və yardımına az qala bütün ölkə əhalisi ehtiyac duyur.

Məcra.az xəbər verir ki, xüsusən gənclər, yeniyetmələr, ailə həyatı uğurlu olmayan qadınlar uzun müddət depressiyada olan şəxslər dərman müalicəsi ilə yanaşı psixotertapiyadan da keçməlidirlər.

Təəssüf ki, İcbari Tibbi Sığorta psixoloq, xüsusən adlı-sanlı, uzman, özəl mərkəzlərdə olan psixoloqların xidmətlərini zərfə daxil etməyib.

Bir neçə mərkəz var ki, orda psixoloji xidmət pulsuz olmalıdır, orda da mütəxəssislərin peşəkarlığına inam yoxdur.

Sosial şəbəkə, efirlərə mütəxəssis kimi cəlb olunan populyar psixoloqların qəbulu isə az qala “professor qiyməti”nə qalxıb.

1 saat psixoloq qəbulu Bakıda 30-50 manat arası dəyişir.

Lakin daha təcrübəli, reklamlı, geniş auditoriyaya özünü tanıtmağı bacarmış psixoloqların qəbulu isə 100 manatdan başlayıb 300 manata kimi artır.

Qlobal.net Bakupost.az-a istinadla bahalı psixoloqların (Mütləq bilinməlidir ki, bahalı olmaq peşəkarlıq dərəcəsi sayılmır – red.) qiymətlərini təqdim edir:

1. Bir neçə illərdir psixoloqlar içində ən yüksək qiyməti üzrə lider olan NLP üzrə master, psixoloq Babək Bayramlı durur. Bir saat qəbul və ya seans 250 AZN

2. Kənan Rəhimov – psixoterapevt, psixoloq – əyani qəbulu və hər seansı 1 saatı – 200 AZN

3. Tamilla Əliyeva – qadın İQ-si üzrə mütəxəssis – bir saatı 180-200 AZN

4. Samirə Bağırova (qalmaqallı açıqlamaları ilə tanınıb) – 1 seans 150 manat, 5 seans 650 AZN

Samirə xanımın köməkçisi bildirdi ki, o psixoloji seans yox, psixi dəstək göstərir. Bəlkə də ona görə ki, Samirə Bağırovanın təhsili və peşəsi psixoloq deyil.

 

5. Nəfəs mərkəzində məşhur psixoterapevt İkram Rüstəmov – ilk qəbulu 150 AZN

6. Psixoloq Günel Xəlilova – 1 saat 30 dəqiqə 130 AZN

7. Narınc Rüstəmova – 1 saat qəbul 100 manat

8. Onun həyat yoldaşı, psixoloq Elnur Rüstəmov – 1 saatı 80 manat

9. Psixoloq Elmir Əkbər – 1 saatı 95 AZN

Elmir Əkbər – həkim psixoterapevt, klinik psixoloq, Səhiyyə Nazirliyinin psixoterapevt kimi fəaliyyətinə icazə vəsiqəsi olan azsaylı mütəxəssislərdən biridir

10. Süleyman Məmmədli EMDR üzrə terapevt – 80 AZN

Bunlar hələ normal psixoloq qəbulu və seansları üzrə qiymətlərdir. Amma daha bahalı seanslar var.

Məsələn, reqressiya, hipnoz seanları 200-300 AZN-dir. Eləcə də energoterapevtlər var ki, elmin dəstəkləmədiyi, ancaq alternativ metodlardan istifadə etməklə şəfa seansı edir, bu seanslar 200-300 manatdan başlayır. (Bunlar barədə yaxın günlərdə əlavə araşdırmamız olacaq)

Psixoloq qiymətləri ilə bağlı Bakupost.az -a açıqlama verən həkim psixiatr Abdulla Şıxlinski Azərbaycanda bütün psixoloqların fəaliyyətinin ləğv olunmasının vacibliyini bildirdi.

“Bizim camaat həkimi reklamdan, televiziyadan seçdiyinə görə, bədbəxt olublar.

Kiminsə pulu var, özünü reklam edir, psixoloq kimi təqdim edir. Azərbaycanda 2-3 nəfər ali savadlı, həqiqətən psixoloq təhsili almış psixoloq var. Mən onları tanıyıram. Elə psixoloq var ki, adamları var, sponsoru var, reklama pul ayırır. Psixoloq televizor, əşya, geyim deyil ki, reklamdan seçəsən. Psixoloq kimdir ki, həkimdən, cərrahdan yüksək qiymət qoyur. Bu qiymətləri kim təyin edir? Nəyə əsasən təyin olunur?

Psixoloqların psixi xəstəyə diaqnoz qoymağa hüququ və ixtiyarı yoxdur, o ki ola müalicə…

Psixoloq dərman yaza bilməz, amma bəziləri yazır. Psixoloqlar ağır nevroz, depressiya, şizofreniya, autizm xəstəsini seansla düzəldə bilməz, təşviş pozuntusunu götürə bilməz. Bu xəstələri həkim psixiatr və həkim təhsili olan psixoterapevtlər müalicə edə bilər.

Psixoloq psixikası sağlam insanlarla işləmək üçündür ki, onların xarakteri, ailədə, işdə münasibətlər davranışınıza yön versin. Ona görə ağır psixi xəstə olan uşaqları sonradan anaları bizə gətirir. Psixoloqa getməklə vaxtı itiriblər, vəziyyət daha da pisləşib. Onların səhvini biz çətinliklə düzəldirik. Ümumiyyətlə, psixoloqlar özbaşına bir sahədir, heç bir nəzarət yoxdur, alver, biznes, gəlir mənbəyi olub. Bəzi psixoloqların özlərinin müalicəyə ehtiyacı var. Onların fəaliyyəti cinayətdir. Azərbaycanda psixoloq mərkəzləri ləğv olunmalıdır. Məktəblərdə, bağçalarda, universitetlərdə psixiatr kabineti olmalıdır. Yoxsa bu millət daha da xəstə olacaq” (bakupost.az).

kulisbet güncel girişcasino siteleriistanbul escortcasibomcasibommatbetcasibom girişcasibomgrandpashabet 2198casibom güncelextrabetistanbul escort bayanjojobetjojobet girişjojobetbetebetjojobetjojobetjojobetbetistsekabet girişasyabahis güncelcasibomPusulabetcasibom yeniTekirdağ escortGrandpashabetGrandpashabetSpincofixbetjojobetjojobet girişdeneme bonusu veren sitelermarsbahistipobet güncel girişcasibom girişcasibom girişJojobetbakırköy escortAtaşehir Escortextrabetcasibom güncel girişextrabettarafbet güncelsekabet güncel girişmarsbahisgrandpashabetmarsbahis girişjojobet güncel girişmatadorbet girişultrabetultrabetcasibom giriş güncelcasibom girişmatbet güncel girişKıbrıs night clubasyabahisngsbahisbahigocasibom girişcasibom girişjojobetjojobetmarsbahis güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişmatadorbet güncel girişgrandpashabet güncel girişbetcupvbetfixbet güncel girişdumanbetsafirbetsekabetbetmoonpusulabetsafirbetsahabet güncel girişsekabet güncel girişsafirbetUltrabet güncel girişcasibommeritkingankara escortjackbetcasibomparibahismatadorbetgrandpashabetsahabetonwinsekabetonwinholiganbetjojobetMeritkingbetturkey güncel girişonwin güncel girişbetwoonbetwoonzbahisGrandpashabetgrandpashabetsekabet girişholiganbetmaltcasinomeritkingsahipleniyorummatbetzbahismatbet güncel girişholiganbetonwinAlsancak Escortdumanbet girişmatadorbetcasibomcasibomcasibom girişgrandpashabetbettilt girişcasibom girişCasibom girişimajbet güncel girişimajbetmarsbahis girişcasibom güncel girişcasibom girişimajbet güncel girişbetriversbingo blitz freebetandyou giriscasibom girişMeritking Güncel Girişdeneme bonusu veren sitelerbetpark girişcasibom girişcasibom girişGrandpashabetbetwooncasino sitelerijojobetpendik escortholiganbetKumburgaz Escortbaywin girişbaywinbetcioGrandpashabetgrandpashabetgrandpashabet girişcasinolevantbettilt