“Qız 45 yaşlı kişi tərəfindən məcbur qaçırılıb” – Yenilənib

XƏBƏR XƏTTİ
Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•

Bərdə rayonunda evlənmək məqsədilə qaçırılmış qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, keçirilmiş tədbirlərlə qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılıb. O, ailə üzvlərinə təhvil verilib.

Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırılması iddia edilib.

***

Rayonun Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov Oxu.az-a bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcbur olaraq qaçırılıb: “Qaçırılan şəxs gecə saatlarında ailəsinə təhvil verilib. Qız ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar. O bildirib ki, onu dörd nəfər yox, iki nəfər – 45 yaşlı kişi və bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib”.

Bələdiyyə sədri əlavə edib ki, onun yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt