Bu gün toyları olacaqdı – Heç biri həyatda deyil…

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

Aprelin 22-də Qəbələdə 20 yaşlı qız intihar edib.

Məcra.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Bum qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq həyatına son qoyub.

Bildirilib ki, B.Quliyevanın nişanlısı Qəbələnin Xırxatala kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında həlak olub. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.

Həmin qəzadan əvvəl isə aprelin 23-nə, yəni bugünkü tarixə Rəşadla Bəhruzənin toyu təyin edilibmiş. Bəhruzənin nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilib.

Oxu.az-ın məlumatına görə, intihar edən qızın qardaşı – Bəhruz Quliyev 1992-ci ildə şəhid olub. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt