Antiterror əməliyyatında şəhid olan hərbçimizin adı sinif otağına verildi-FOTOLAR

XƏBƏR XƏTTİ
“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•“Əfsanəvi tabor”un komandiri: “Bu, düşmənə endirdiyimiz ilk ciddi zərbə idi” – VİDEO•“Gözünüz aydın, komandir, çatdıq” – “44” + VİDEO•Cəlilabadda Anım Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR•Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi – FOTOLAR•Həftənin ilk günü hava necə olacaq?•Prezidentlə xanımı Bakıdakı Zəfər parkında – VİDEO – FOTOLAR•DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı – VİDEO – FOTOLAR•Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım•

2023-cü il antiterror əməliyyatında şəhid olan Xüsusi Təyinatlı hərbçimiz Hüseynzadə Ramazan Həmdulla oğlunun adı əbədiləşdirilib.

Məcra.az xəbər verir ki, şəhidimiz adı Cəlilabad rayon Muğan kənd orta məktəbində sinif otaqlarından birinə verilib. Qeyd edək ki, Muğan kəndinin mərkəzi küçəsi də şəhidimizin adını daşıyır.

Xatırladaq ki, Hüseynzadə Ramazan Həmdulla oğlu 2023-cü ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Ordusu tərəfindən aparılan antitettor əməliyyatı zamanı Xocalı rayonunun Dəhrəz kəndində qəhrəmancasına şəhid olub.

Şəhidimiz böyük izdihamla Muğan kəndində dəfn edilib və ölkə başçısı tərəfindən müxtəlif medallarla təltif edilib.

Şəhidimizin böyük əmisi Hilal Hüseynov isə birinci Qarabağ savaşı zamanı itkin düşüb və ona şəhid statusu verilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt