Şimşək, yağış, duman – Sabahın havası

XƏBƏR XƏTTİ
Lənkəranda zəlzələ oldu•Prezidentlə görüşdən paylaşım etdi•İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•Lənkəranda zəlzələ oldu•Prezidentlə görüşdən paylaşım etdi•İlham Əliyev Məsud Pezeşkiana zəng etdi•Əli Həsənovun qızı Dubayda mağaza açdı – FOTOLAR•Bu küçələr təmirə bağlanır – Saat 21:00-dan•İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı – FOTOLAR•Sentyabrın son günündə hava necə olacaq?•Prezident İnfantinonu qəbul etdi – FOTOLAR•

Oktyabrın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindıən “Qafqazinfo”ya verilən məluata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt