Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyuldu. Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün bünövrə olacaq. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı.
Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcəyini bildirərək Tacikistan və Azərbaycanın iştirak etdiyi beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəklədiklərini və bu dəstəyin iki ölkə üçün çox əhəmiyyətli olduğunu vurğuladı. Prezident Emoməli Rəhmon isə iki ölkə arasındakı münasibətlərin getdikcə inkişaf etdiyini söyləyərək bildirdi ki, Tacikistan hökuməti qarşılıqlı maraq doğuran əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətin genişlənməsində və dərinləşməsində maraqlıdır. Bu səfər zamanı əldə edilən razılaşmalar çoxşaxəli tərəfdaşlığı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq. Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparıldı. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir”- deyən Tacikistan Prezidenti vurğuladı ki, yeni razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Danışıqların nəticələrinə görə, imzalanan sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək, yəni münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.
Sənubər Mahmudova,
Cəlilabad RMX PHŞ-nin Göytəpə şəhər
ASM şöbəsinin Ailə həkim-pediatrı