Azərbaycanda hazırlıqdan qayıdan 11-ci sinif şagirdini qaçırdılar

XƏBƏR XƏTTİ
Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•Dünya liderlərinin hesabları necə hədəf alınır? – 1 keçidlik təhlükə•Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur – VİDEO•Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlandı•Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar•600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq•Direktorların işə qəbul nəticələri açıqlandı•Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi•Rusiyada qələbəyə hazırlıq əmri: Ukrayna müharibəsi yekunlaşır?•

Məcra.az Cenub.az-a istinadən xəbər verir ki, bu gün, martın 9-da, saat 17:10 radələrində, 29 noyabr 2005-ci il təvəllüdlü Ərkivan qəsəbə sakini Tağıyeva Sevda Nahid qızı, repetitor yanından evə qayıdarkən,  həmin qəsəbənin ərazisində, daha dəqiq desək, Həsənəküçə və Abbaslı məhəllələrini ayıran kənd yolunda, Qəsəbə Ərazi Dairəsinə  və valideynlərinə məlum olmayan şəxs (yaxud şəxslər ) tərəfindən qaçırılıb. Sevda Tağıyeva  Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin 11- ci sinif şagirdidir.

Onun 18 yaşı bu ilin noyabr ayında tamam olacaq. Qızın qaçırılması haqqında məlumat Ərkivan qəsəbə Ərazi Dairəsi və yaxın qohumları tərəfindən təsdiq olunub. Olayla bağlı Masallı Rayon Polis Şöbəsinə məlumat verilib.

Sakinlərin bildirdiyinə görə, qızı qaçıran şəxslər onu Cəlilabad Rayon Dövlət nömrəli maşınla aparıblar.  Masallı Rayon Polis şöbəsi operativ araşdırmaya başlayıb.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt