Sürücülük vəsiqəsi olmadan avtobus sürən şəxs həbs edildi

XƏBƏR XƏTTİ
Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•Tovuzda iki məktəblini maşın vurdu•Prezidentin sosial media hesablarında Formula 1-lə bağlı paylaşım edilib – VİDEO•“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” – Deputat “qarpız məsələsi”ndən danışdı•27 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•Yağış, dolu, sulu qar – Hava şəraiti dəyişəcək•Prezidentlə ailəsinin Formula 1-dən fotoları•“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan görüntüləri•Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş•

Sürücülük vəsiqəsi olmadan ictimai nəqliyyat vasitəsi idarə edən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, Masallıda rayondaxili marşrut üzrə hərəkət edən “Mercedes” markalı mikroavtobusda sərnişindaşıma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Müəyyən olunub ki, həmin mikroavtobusla marşrut xətti üzrə sərnişin daşıyan Masallı rayon sakini Ramal Hüseynovun sürücülük vəsiqəsi yoxdur. Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Hüseynov İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən 15 gün müddətində inzibati qaydada həbs edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt