Bakıda BİABIRÇILIQ: azyaşlıya qeyri-etik təklif edən taksi sürücüsü saxlanıldı-FOTO

XƏBƏR XƏTTİ
Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•Prezidentin general rütbəsi verdiyi şəxs deputatın qardaşıdır•PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üzrə – Qəbul cədvəli•Bu yerlərə yağış yağır – Faktiki hava•Milli Məclisin payız sessiyasının ilk iclasının – Vaxtı və gündəliyi açıqlandı•26 sentyabrda bizi nə gözləyir? – Ulduz falı•“KROSS BAKU” – MÜASİR BİZNES YANAŞMASINA YÖNƏLƏN YERLİ ŞİRKƏT•İcra başçısı növbəti vətəndaş qəbulu keçirdi – FOTOLAR•Ötən gün vəzifədən azad olunmuşdu – Bu gün nazir təyin edildi•

Bakıda narkotik maddənin təsiri altında yetkinlik yaşına çatmayan müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində həmin taksi sürücüsü – Abdulağa Mustafayev saxlanılıb.

Araşdırma zamanı sürücünün narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyən edilib. Abdulağa Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt