Yardımlıda gənc qızın meyiti tapılıb.
Mecra.az xəbər verir ki, hadisə aprelin 30-u saat 12 radələrində Honuba kəndində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Rəvanə Camalzadənin meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.
Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib (Qafqazinfo).
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




























