Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mecra.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, rayonun Digah kəndində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 2026-cı il mayın 4-də saat 14:00-dan etibarən işlər başa çatanadək Şiləvar və Digah kəndlərinin qaz təchizatı dayandırılacaq.




























