9 və 15 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
Mecra.az xəbər verir ki, martın 9-da təşkil edilən imtahanda 3 nəfər, martın 15-də isə 9 nəfər maksimal 300 bal toplayaraq ən yüksək nəticəni göstərib.
Fənlər üzrə yüksək nəticə göstərən şagirdlərin sayını öyrənmək məqsədilə AzEdu.az regional təhsil idarələri arasında sorğu keçirir.
Sorğumuza cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirib ki, buraxılış imtahanlarında region üzrə ümumilikdə 4855 şagird iştirak edib.
Qeyd edilib ki, iştirakçılardan 6 nəfər Azərbaycan dili, 5 nəfər riyaziyyat, 16 nəfər isə xarici dil fənni üzrə maksimum -100 bal toplayıb. (Azedu.az).





























