Cümə, May 1, 2026
  • Haqqımızda
  • Əlaqə
Məcra TV
logo
REKLAM
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil
No Result
View All Result
Məcra.az
No Result
View All Result
Ana Səhifə Manşet

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR

01 May, 26 / 17:10
A A
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Mecra.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan prospektindən başlayaraq Nigar Rəfibəyli küçəsinin bir hissəsi də daxil olmaqla, İslam Səfərli küçəsi boyunca Mirzəağa Əliyev küçəsinədək olan ərazi tam şəkildə abadlaşdırılıb. Bu ərazidən Mərkəzi Parka piyadaların rahat hərəkəti üçün keçid təmin olunub.

İslam Səfərli küçəsi ilə kəsişən 8 küçədə, eyni zamanda, Təbriz Xəlilbəyli və Mirzə İbrahimov küçələrinə qədər olan hissədə abadlıq işləri yerinə yetirilib. Abadlaşdırılan küçələrin ümumi uzunluğu 1350 metrdir. Bu küçələrdə su və çirkab sularının axıdılması xətləri tamamilə yenilənib, qaz xətləri yeraltı sistemlə əvəzlənib. Bundan başqa, küçələrdə yerləşən müxtəlif təyinatlı binalarda yenidənqurma və bərpa işləri görülüb, sakinlərin və şəhərimizin qonaqlarının istirahəti üçün lazımi şərait yaradılıb, oturacaqlar qoyulub, geniş yaşıllaşdırma işləri həyata keçirilib.

Layihənin icrası piyadalar üçün Fəvvarələr meydanından birbaşa Qış parkına çıxış imkanı yaradır. Burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilmiş yerli əhəmiyyətli memarlıq abidələri də mövcuddur. Bu isə ərazinin istər yerli sakinlər, istərsə də qonaqlar üçün cəlbediciliyini daha da artırır.

Avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi ərazidəki mağaza, kafe və restoranların fəaliyyətinə müsbət təsir edəcək, kiçik bizneslər üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, bu gün paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının sosial infrastrukturunun müasirləşdirilməsi, sakinlərin və şəhərə gələn qonaqların rahatlığının təmin edilməsi istiqamətində indiyədək ardıcıl tədbirlər görülüb və bu layihələr hazırda da davam etdirilir. Təsadüfi deyil ki, paytaxtımıza gələn qonaqlar şəhərin gözəlliyinə, təmizliyinə valeh olduqlarını həmişə vurğulayırlar. Bakıda müasir şəhərsalma tendensiyalarına uyğun atılan addımların tərkib hissəsi olan mikromobillik həllərinin uğurla icrası, avtomobil yollarının piyada yolları ilə əvəzlənməsi həm sakinlərin, həm də turistlərin rahatlığına xidmət edir. İnsanların sıx olduğu yerlərdə belə layihələrin icrası, eyni zamanda, son dövrlərdə həyata keçirilən şəhərsalmayönümlü planlaşdırmaya da töhfə verir. Beləliklə, paytaxtın davamlı inkişaf strategiyasının mühüm elementi olan bu addımlar Bakının həm müasir, həm də piyadalar üçün rahat şəhər kimi inkişafında xüsusi rol oynayır.





Əvvəlki yazı

Bu buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Növbəti yazı

Yardımlıda 25 yaşlı qızın meyiti tapıldı

XƏBƏR LENTİ

Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Səkkiz şagird 300 bal topladı - Adlar

May 1, 2026
Dünənki imtahanın nəticələri bu tarixdə açıqlanacaq

5 aprel imtahanlarının nəticələri açıqlandı

May 1, 2026
Yardımlıda 25 yaşlı qızın meyiti tapıldı

Yardımlıda 25 yaşlı qızın meyiti tapıldı

May 1, 2026
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR

May 1, 2026
Bu buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Bu buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

May 1, 2026
Sabah hava necə olacaq?

Sabahın havası açıqlandı

May 1, 2026
Hərbi xidmət haqqında qanunda DƏYİŞİKLİK

Hərbi xidmət haqqında qanunda DƏYİŞİKLİK

May 1, 2026
Bu imtahanların saatı dəyişdirildi

150-190 balla universitetə qəbul olanları hansı çətinliklər gözləyir? - Ekspert açıqladı

May 1, 2026
Abituriyentlərə şad xəbər - İmtahanda əlavə vaxt veriləcək

Şirvan-Salyanda buraxılışdan fənlər üzrə 100 bal toplayanları sayı

May 1, 2026
Baş Prokurorluq hərbi komissarlıqda əməliyyat keçirdi - Saxlanılanlar var

Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu

May 1, 2026
Bayrağa hörmətsizlik etdi, cavabını belə aldı - VİDEO

Bayrağa hörmətsizlik etdi, cavabını belə aldı - VİDEO

May 1, 2026
“Ulu Öndər Heydər Əliyev ölkəmizdə gənclər siyasətinin əsasını qoymuşdur”

Azərbaycan idmançılarının halal qələbəsi - Özal Kazımov yazır...

May 1, 2026
Azərbaycanda 17 gün iş OLMAYACAQ

Bu ay 14 gün iş olmayacaq

May 1, 2026
İlham Əliyev bu qaydanı təsdiqlədi – Fərman

Prezident onu təltif etdi

May 1, 2026
TƏBİB-dən daha 2 təyinat - FOTOLAR

TƏBİB-dən daha 2 təyinat - FOTOLAR

May 1, 2026
Rafiq Cəlilov vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinlədi - FOTOLAR

Rafiq Cəlilov vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinlədi - FOTOLAR

May 1, 2026
Nazir müavini: "Hədəf məktəblərdə hər şagirdə bir kompüter düşməsidir"

Nazir müavini: "Hədəf məktəblərdə hər şagirdə bir kompüter düşməsidir"

May 1, 2026
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Lənkəranın iki kəndində qaz kəsiləcək - Xəbərdarlıq

May 1, 2026
Küləklə bağlı xəbərdarlıq

Küləklə bağlı xəbərdarlıq

May 1, 2026
Yeni Klinik və Kliniki Tibbi Mərkəzə direktorlar təyin olundu

Yeni Klinik və Kliniki Tibbi Mərkəzə direktorlar təyin olundu

May 1, 2026
TƏBİB sədri 5 müşaviri və departament rəhbərini işdən çıxardı - Yenilənib

Anar Bayramovun müavini o oldu - FOTO

May 1, 2026
İlqar Əliyev həbsdə vəfat etdi

İlqar Əliyev həbsdə vəfat etdi

May 1, 2026
İdmanımız milli ləyaqət uğrunda savaşda

İdmanımız milli ləyaqət uğrunda savaşda

May 1, 2026
Parlaq idman uğurlarımız siyasi qələbəmizdir

Parlaq idman uğurlarımız siyasi qələbəmizdir

May 1, 2026
İdman vətənpərvərliyi gücləndirən amildir

İdman vətənpərvərliyi gücləndirən amildir

May 1, 2026
Azərbaycanın idman şöhrəti  getdikcə artır

Azərbaycanın idman şöhrəti  getdikcə artır

May 1, 2026
Azərbaycanda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

Azərbaycanda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

May 1, 2026
Azərbaycanda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

İdman sahəsində daha uca zirvələr fəth edəcəyik

May 1, 2026
"Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada bir nömrədirlər"

"Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada bir nömrədirlər"

May 1, 2026
Sabah saat 10:00-16:00-dək bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!

Sabah saat 10:00-16:00-dək bu yollarda monitorinq aparılacaq - Sürücülərin nəzərinə!

Aprel 30, 2026
Mecra.az
Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!
  • MÜSAHİBƏLƏR
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • İDMAN
  • İQTİSADİYYAT
  • MƏDƏNİYYƏT
  • TƏHSİL
  • SAĞLAMLIQ
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Xırdalan şəhəri, Nizami Gəncəvi küç
+994 (51) 395-85-66
vasif-elihuseyn85@mail.ru
LiveInternet
Bütün hüquqlar qorunur. Mecra.az © 2025
design by Mecra
logo
Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.
© 2025 Mecra.az
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Araşdırma
  • Siyasət
  • Cəmiyyət
    • İqtisadiyyat
    • Sağlamlıq
  • Hadisə
    • Kriminal
  • Dünya
  • Mədəniyyət
    • Şou-biznes
    • Ədəbiyyat
    • Maraqlı
  • Qarabağ
  • Hərb
  • İdman
  • Köşə
    • Müsahibə
  • Elm və təhsil

© 2025 mecra.az. Bütün müəllif hüquqları qorunur.